Everton FK

Everton FK
Loqonun şəkli
Klubun tam adı "Everton" futbol klubu
(ing. Everton Football Club
Ölkə İngiltərə İngiltərə
Ləqəb(lər) İrislər(ing. The Toffees)
Göylər(ing. The Blues)
Rəng(lər) Göy-Ağ
Yaranma tarixi 1878) (1878)
Stadionu "Qudison Park", Liverpul
Tutumu 39 221
Prezidenti Fərhad Moşiri
Baş məşqçisi Rafael Benitez
Liqa İngiltərə Premyer-liqası
Futbol üzrə İngiltərə çempionatı 2020/21 10
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Everton" futbol klubu (ing. Everton Football Club) — Liverpul şəhərindən ingilis futbol klubu. İngiltərə Premyer-Liqasında çıxış edir. Klub İngiltərə çempionatını yuxarı liqasında 108 sezon keçirib. Bu ingilis futbol klubları üçün rekord göstəricidir. Klub həmçinin doqquz dəfə İngiltərənin çempionu olub, bu klublar arasında dördüncü mövqedir. "Everton" 1888-89-ci ildə İngiltərə Futbol Liqasının və 1992-ci ildə Premyer-Liqanın təsisçilərindən biridir.

Klubun çoxsaylı həvəskarları vardır. Ona gərə ona eyni zamanda "Xalq klubu" (ing. The People’s Club) adı verilib. Digər ləqəbi — "toffis" (azərb. "iris konfetləri"‎). Deyilənə görə klubun ilk illərində stadion yaxınlığında iris satılan konditer mağazası yerləşib. Digər versiyaya görə klubun ilk məşqləri "Everton Toffi Hauz" stadionunda keçirilirmiş[1].

  1. "Reasons behind the "toffees" nickname". Toffeeweb. 2006-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-09.

Developed by StudentB